Alternative content

11:53 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir
Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir
ANA SƏHİFƏ / Elm və texnika
06:04 18.04.2018

Aprelin 18-də Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko, bu ali məktəbin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Svetlana Savitskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədovla görüşüblər. Qonaqlar əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması istiqamətində fondun fəaliyyəti ilə tanış olub, ukraynalı alim və tədqiqatçıların Azərbaycanda, ölkəmizin tanınmış ziyalılarının Ukraynada mühazirə və ustad dərslərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi məsələlərini müzakirə ediblər.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Ukraynanın qədim tarixə və ənənələrə malik ali təhsil ocağının təmsilçiləri Azərbaycanın bir sıra universitetləri ilə qurulmuş əlaqələrdən danışıb, Bilik Fondu ilə əməkdaşlığın bu əlaqələrin genişlənməsinə, elm və təhsil müəssisələrində elmi biliklərin müxtəlif sahələri üzrə informasiya mübadiləsinin aparılmasına, hər iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük dəstək verəcəyinə əminliklərini bildiriblər.

Həm humanitar, həm də texniki elmlərin bir çox sahələri, o cümlədən memarlıq və inşaat, neft və qaz sənayesi üzrə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən Poltava Milli Texniki Universitetinin rektoru V.Onişenko ölkəmizin paytaxtında aparılan tikinti və quruculuq işlərini xüsusi maraqla izlədiyini, ölkə iqtisadiyyatının nailiyyətlərinə heyran olduğunu bildirib, azərbaycanlı gənclərin elmə və təhsilə, milli mənəvi dəyərlərin qorunub saxlanmasına münasibətini yüksək dəyərləndirib.

Bilik Fondunda işgüzar görüşün məhz ölkə Prezidentinin andiçmə mərasiminin keçirildiyi günə təsadüf etdiyini vurğulayan ukraynalı alim fondun kollektivini ölkəmizdə prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.

Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən, Bilik Fondunun icraçı direktoru O.Səmədov dövlət başçısının elmin, təhsilin inkişafına, əhalinin maariflənməsinə və bununla da bilikli, bacarıqlı insan kapitalının formalaşmasına daim yüksək diqqət və xüsusi qayğı ilə yanaşdığını, fondun və onun ətrafında toplaşan intellektual qüvvənin bu kapitalın zənginləşməsinə layiqincə xidmət etmək əzmində olduğunu bildirib.

Tədbirdə Poltava Milli Texniki Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM