18 Aprel 2018 06:04
343
Məktublar
A- A+

Yaponiyanın Baş naziri Şinzo Abedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionlarda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fürsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm.

Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm.

Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Şinzo Abe

Yaponiyanın Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video