Alternative content

07:00 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Akif Əlizadə: “Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür
Akademik Akif Əlizadə: “Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür
ANA SƏHİFƏ / Elm və texnika
05:04 18.04.2018

Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamı Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin aprelin 18-də keçirilən növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.

Akademik bildirib ki, bu Sərəncama əsasən hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu sənəd elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlətimizin başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.