Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:53 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kaspi” Təhsil Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərinidən ibarət sərgi açılıb
“Kaspi” Təhsil Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərinidən ibarət sərgi açılıb
ANA SƏHİFƏ / Təhsil
05:04 18.04.2018

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə “Kaspi” Təhsil Şirkəti və BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva AXC-nin və BDU-nun 100 illik yubileylərinə həsr olunmuş tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

“Kaspi” Təhsil Şirkətinin missiyası və gələcək hədəfləri barədə məlumat verən S.Vəliyeva şirkət ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb, təhsil müəssisələrinin əlaqələrini yüksək dəyərləndirib. Şagirdlərin rəsm əsərləri barədə müsbət fikirlərini bildirən S.Vəliyeva onlara uğurlar arzulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini qeyd edib.

2007-ci ildən fəaliyyətə başlayan “Gənc istedadlar” liseyinin fəaliyyətindən, onun təhsil müəssisələri, xüsusilə “Kaspi” Təhsil Şirkəti ilə əlaqələrinin əhəmiyyətindən danışan rektor liseydə qazanılan uğurları diqqətə çatdırıb.

Akademik A.Məhərrəmov şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması baxımından təşkil edilən tədbirlərin önəmli olduğunu söyləyib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şagirdlərin rəsm əsərlərini yüksək dəyərləndiriblər.

Hər iki təhsil müəssisəsindən beş nəfər, ümumilikdə on şagird qalib olub, digər məktəblilərə isə fəxri fərmanlar təqdim edilib.

Yaxın günlərdə liseylərarası stolüstü tennis, şahmat, futbol və intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM