18 Aprel 2018 05:04
491
Səhiyyə
A- A+

Psixi xəstəliklərdən qoruyan məhsullar

Yeni Zelandiyada Otaqo Universitetinin mütəxəssisləri meyvə və tərəvəzlərin psixi sağlamlıq üçün ən faydalı məhsullar olduğunu söyləyiblər.

AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, bu sahədə araşdırma aparan Tamlin Konnerin verdiyi məlumata görə, təzə meyvə və tərəvəzlərin istifadəsi termiki emala və ya konservasiyaya məruz qalanlarla müqayisədə psixi sağlamlığın yaxşılaşmasına daha faydalı təsir göstərir. Bunun qida maddələrinin emalının onun tərkibində olan vitaminləri parçalanması ilə əlaqədar olduğu güman edilir.

Konnerin dediyinə görə, tədqiqatçılar Yeni Zelandiya və Birləşdirilmiş Ştatlardan yaşı 18-dən yuxarı 400 könüllü üzərində təcrübə aparıblar. Alimlər təzə və emal edilmiş meyvə və tərəvəzlərin istifadə edilməsini, təcrübədə iştirak edənlərin həyat tərzi, psixi sağlamlığı vəziyyəti, yuxu rejimini və digər amilləri nəzərə alaraq dəyərləndiriblər.

Mütəxəssislər psixika üçün ən faydalı on məhsul müəyyənləşdiriblər. Həmin məhsullar sırasına kök, xiyar, alma, banan, ispanaq, kivi, həmçinin sitrus meyvələri və təzə giləmeyvələr daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video