Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:50 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
05:04 18.04.2018

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” Sərəncamından söz açan A.Əlizadə belə bir günün təsis edilməsinin Azərbaycan elminə böyük diqqət və qayğının parlaq nümunəsi olduğunu vurğulayıb. Akademik hər il martın 27-nin ölkəmizdə “Elm günü” kimi qeyd ediləcəyini bildirib.

Daha sonra akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Yüksək texnologiyalar üçün unikal qeyri-üzvi materiallar olan topoloji izolyatorların sintezində və dizaynında yeni yanaşmalar. Nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilərək müzakirə edilib. Bu sahədə multidissiplinar tədqiqatların əlaqələndirilməsinə dair tapşırıq verilib. Həmçinin bu istiqamətdə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, magistr və fəlsəfə doktorluğu üzrə kadr hazırlığının gücləndirilməsi qərara alınıb.

İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM