Alternative content

23:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında olub
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında olub
ANA SƏHİFƏ / Tədbirlər
01:04 18.04.2018

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

AZƏRTAC xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Sonda xatirə şəkli çəkdirildi.