Alternative content

13:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Dövlət Universitetində Mir Cəlal Paşayevə həsr edilən kitabların təqdimatı olub
Bakı Dövlət Universitetində Mir Cəlal Paşayevə həsr edilən kitabların təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
01:04 18.04.2018

Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib. Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimovun elmi redaktorluğu ilə yenidən nəşr olunan “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin, professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkədə rus və qırğız dillərində çapdan çıxmış “Mir Cəlal dünyasından sətirlər” kitablarının təqdimatına həsr edilən tədbirə respublikanın tanınmış elm xadimləri, müəllim və tələbələr qatılıblar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, filologiya fakültəsinin dekanı Elçin Məmmədov Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.

M.C.Paşayevin Firidun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən çapa hazırlamış T.Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb.

“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi, professoru T.Salamoğlu əsər haqqında məlumat verib. Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb.

H.Orucovun “Mir Cəlal dünyasından sətirlər” kitabı barədə danışan müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova bildirib ki, yeni nəşr dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə də tərcümə olunub və qırğız ictimaiyyətinə təqdim edilib.

Sonra professorlar Himalay Qasımov, Əlizadə Əsgərli, İfrat Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, professor Ədibə Paşayeva və digər çıxış edənlər Mir Cəlal irsindən ətraflı söz açıb, görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüblər.