Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 18.04.2018

Qətərin paytaxtı Dohada M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə bu ölkənin milli kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən Milli Kitabxananın direktoru Kərim Tahirov, Qətər dövləti tərəfindən isə Qətər Milli Kitabxanasının direktoru xanım Sohair Vastavıy imzalayıblar.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

İmzalanma mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, habelə Qətər Fondunun və Milli Kitabxanasının əməkdaşları da iştirak ediblər. Bu, Azərbaycan Milli Kitabxanasının dünya ölkələrinin milli kitabxanaları ilə imzaladığı sayca 35-ci memorandumdur. Beş il müddətinə imzalanan bu sənəddə qarşılıqlı kitab, informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının mübadiləsini, əməkdaşların təcrübə mübadiləsini, habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin, elmi konfransların keçirilməsini və ənənəvi keçirilən kitab sərgilərində iştirakı nəzərdə tutur. Memorandumda, həmçinin ərəb dilində çap olunmuş Azərbaycan müəlliflərinin yeni kitablarının təqdimat mərasimlərinin keçirilməsi də öz əksini tapıb.

Mərasimin sonunda Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu, Qarabağın tarixinə dair kitabı, Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ xanəndələri” muğam diskləri toplusunu, Azərbaycanın qədim musiqi alətləri haqqında kitabı Qətər Milli Kitabxanasına hədiyyə edib.

Sonra yaxın gələcək üçün əməkdaşlığın perspektivləri müzakirə olunub, Kərim Tahirov Qətər Milli Kitabxanasının direktorunu Azərbaycana dəvət edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM