Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:26 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənir
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənir
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 18.04.2018

 

Son 15 ildə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində Azərbaycanın milli-mənəvi dəyərlərinin mühafizəsi və təbliği istiqamətində əhəmiyyətli addımlar atılmış, ədəbiyyatımızın, tariximizin, maddi sərvətlərimizin ölkə hüdudlarından kənarda tanıdılması işləri xeyli gücləndirilmişdir. 

Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində bu sahədə böyük uğurlar qazanılmışdır. Azərbaycan mədəniyyəti nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, xarici ölkələrdə keçirilən irimiqyaslı mədəniyyət tədbirləri, bir sıra ölkələrdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərimizin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması və digər tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğində əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan həqiqətlərinin, ölkəmizin sürətli iqtisadı yüksəlişinin xaricdə təbliği ilə əlaqədar ölkəmizin ən vacib mənəviyyat mərkəzləri qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Azərbaycan Milli Kitabxanası da son illərdə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın ölkə hüdudlarından kənarda təbliğini gücləndirmək məqsədilə beynəlxalq əlaqələrini xeyli genişləndirmişdir. Milli Kitabxananın beynəlxalq əlaqələri bir neçə istiqamətdə inkişaf edir və burada əsas məqsəd dünya ölkələrinin milli kitabxanaları ilə qarşılıqlı əlaqələrin yaradılmasından ibarətdir. Milli Kitabxana son on beş il ərzində dünyanın 34 ölkəsinin kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalamış və onlar uğurla həyata keçirilir. Bu kitabxanaların sırasında uzaq Amerikanın, Asiyanın, Avropanın ən zəngin kitabxanaları - ABŞ-ın Kaliforniya Universitetinin Kitabxanası, Avstriya Milli Kitabxanası, Almaniyanın Frankfurtdakı Milli Kitabxanası, Çexiyanın, Rusiyanın, Belarusun, Macarıstanın, Slovakiyanın, Çinin, Qazaxıstanın, Özbəkistanın, İordaniyanın, Misirin, Latviyanın, İranın və digər ölkələrin milli kitabxanaları var. Qarşılıqlı əməkdaşlığa dair memorandumlarda beynəlxalq kitab mübadiləsi, informasiya resurslarının və mütəxəssislərin təcrübə mübadiləsi kimi məsələlər, sərgilərdə, elmi konfranslarda və simpoziumlarda, treninqlərdə iştirak, qarşılıqlı ezamiyyətlər və s. məsələlər öz əksini tapır.
UNESCO-nun kitabxanalar arasında beynəlxalq kitab mübadiləsinin həyata keçirilməsinə dair 1959-cu ildə qəbul etdiyi Konvensiyaya müvafiq olaraq Milli Kitabxana dünyanın 64 ölkəsinin kitabxanası ilə qarşılıqlı beynəlxalq kitab mübadiləsini həyata keçirir və bu yolla son 15 il ərzində dünya kitabxanalarından alınmış və dünya kitabxanalarına göndərilmiş Kitabların sayı xeyli artmışdır. Milli kitabxana bu yolla özünün əsas funksiyalarından birini - dünya ölkələrində Azərbaycana dair çap olunan kitabların və Azərbaycan müəlliflərinin dərc olunan bütün əsərlərinin toplanması işlərini uğurla həyata keçirir. Bugünədək kitabxanamız bu yolla xarici ölkə kitabxanalarından 700 min nüsxəyədək kitab və digər nəşrlər almışdır. Eyni zamanda Milli Kitabxana bu yolla dünya kitabxanalarına Azərbaycanın mədəniyyətinə, iqtisadiyyatına və iqtisadi uğurlarına, tarixinə, coğrafiyasına, ədəbiyyatına, ayrı-ayrı yazıçı və şairlərinə dair 1 milyon nüsxəyədək ədəbiyyat göndərmişdir.
Milli Kitabxananın beynəlxalq əlaqələrinin gücləndirilməsində Bakıda keçirilən beynəlxalq kitab sərgilərinin və Milli Kitabxananın hər il böyük uğurla təmsil olunduğu beynəlxalq kitab sərgilərinin də böyük əhəmiyyəti vardır. 2009-cu ildən başlayaraq hər iki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab sərgisində hər il 10-dan artıq xarici ölkənin kitabxanası iştirak edir və bu kitabxanalar sərginin sonunda ekspozisiyalarında nümayiş etdirdikləri kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə verirlər. Ötən il ölkəmizdə artıq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir və bu sərgilər zamanı kitabxanamıza bütövlükdə 6 min nüsxədən çox kitab hədiyyə olunmuşdur.
Bu sərgilərin digər bir özəlliyi də ondadır ki, həmin tədbir çərçivəsində beynəlxalq sərgidə iştirak edən bir ölkə kitabxanasının fondlarında mühafizə olunan Azərbaycanla bağlı qiymətli materialların və əlyazmaların sərgiləri də təşkil olunur və sonda həmin materialların surətləri və elektron versiyaları disklərə yazılaraq Milli Kitabxanaya bağışlanır. 2009-cu ildən indiyədək Rusiya, Estoniya, Çexiya milli kitabxanalarının və B.Yeltsin adına Sankt-Peterburq Prezident kitabxanasının fondlarından sərgilər təşkil olunmuş və sonda Azərbaycana dair qiymətli sənədlərin, əlyazmaların, xəritələrin surətləri Milli Kitabxanaya hədiyyə olunmuşdur. Bu yolla indiyədək dahi Nizami Gəncəvinin “Xəmsə”sinin XVI əsrə aid nadir əlyazmasının, XIX əsrə aid Azərbaycan xəritəsinin, respublikamızın tarixi ilə bağlı digər qiymətli sənədlərin surətləri ölkəmizə gətirilmişdir.
Azərbaycan Milli Kitabxanası 10 ildən artıqdır ki, hər il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrdə keçirilən 10-12 beynəlxalq kitab sərgilərində iştirak edir. İndiyədək kitabxanamız ənənəvi Frankfurt, London, Turin, Moskva, Tehran, Təbriz, Budapeşt, Praqa və digər şəhərlərdə keçirilən sərgilərdə ölkəmizi uğurla təmsil etmişdir. Bu sərgilərdəki ekspozisiyalarda nümayiş olunan ədəbiyyat sonda ya həmin ölkədəki səfirliyimizə və universitetlərə, ya da həmin ölkələrin milli kitabxanalarına hədiyyə olunur. Kitabların bir hissəsi isə sərginin bağlanışı günü sərgi iştirakçılarına paylanır. Bütün bunlar Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, Azərbaycan reallıqlarının təbliği yolunda atılan əməli addım hesab oluna bilər.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrindən danışarkən ilk növbədə bir sıra beynəlxalq təşkilatlarla birlikdə xarici ölkələrdə keçirilən tədbirlərdən söz açmaq lazımdır. Bu sırada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-la birlikdə bütün türkdilli ölkələrdə keçirilən tədbirləri xüsusi qeyd etməliyik. 10 ildən artıqdır ki, Azərbaycan Milli Kitabxanasının TÜRKSOY-la birlikdə türk dünyasının görkəmli xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həm Azərbaycanın, həm də digər türkdilli ölkələrin ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi bir ənənə halını almışdır. Nizami Gəncəvinin, M.P.Vaqifin, M.F.Axundzadənin, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, İlyas Əfəndiyevin, türk dünyasının görkəmli nümayəndələrindən Yunus Əmrənin, Abdulla Tukayın, Məhtimqulu Fəraqinin, Has Balasaqunlunun, Mahmud Qaşqarinin, Zəki Validinin, Qaysın Quliyevin və başqalarının yubileyləri həm Bakıda, həm də Ankarada və İstanbulda, Astanada və Türküstanda, Bişkekdə və İssıkkulda, Daşkənddə və Aşqabadda, Ufada və Kazanda, digər şəhərlərdə müvəffəqiyyətlə keçirilmişdir. Bütün bu yubileylər müvafiq kitab və foto sərgilərlə, kitab təqdimatları, şeir gecələri, elmi konfranslar və digər tədbirlərlə müşayiət olunmuşdur. Bu tədbirlər çərçivəsində “TÜRKSOY Kitabxanası” seriyasından Bəxtiyar Vahabzadənin, Molla Pənah Vaqifin, Məhtimqulu Fəraqinin, Yunus Əmrənin, Zəki Validinin, Has Hacib Balasaqunlunun və digərlərinin əsərlərindən ibarət kitabların nəşr olunaraq təqdimatlarının keçirilməsi də bir ənənəyə çevrilmişdir. Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyi TÜRKSOY-la birlikdə Ankarada, İstanbulda, Sakaryada, Astanada, Türküstanda böyük uğurla keçirilmişdir.
Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərində respublikamızın ictimai-mədəni həyatı ilə bağlı müxtəlif tədbirlər keçirməklə Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğində də yaxından iştirak edir. Frankfurt, İstanbul, Turin, Moskva və digər şəhərlərdə keçirilən ənənəvi beynəlxalq kitab sərgiləri çərçivəsində almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə, M.P.Vaqifin 300 illiyinə, S.Vurğunun 100 illiyinə, B.Vahabzadənin 90 illiyinə, İ.Əfəndiyevin 100 illiyinə həsr edilmiş və digər tədbirlər buna əyani misaldır.
Milli Kitabxananın beynəlxalq əlaqələrinin əyani nümunələrindən biri də onun professional beynəlxalq təşkilatlarda təmsil olunması və iştirakıdır. Milli Kitabxana 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının - BAE üzvü və 5 təsisçisindən biridir, 1998-ci ildən Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları təşkilatının - İFLA üzvüdür. 2005-ci ildən Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının - CENL üzvüdür, 1992-ci ildən Türkdilli Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarından biridir. 2009-cu ildən İƏT Üzvü Olan Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarındandır. Milli Kitabxana bu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən illik toplantılarında və konfranslarında mütəmadi olaraq iştirak etməklə yanaşı, bu tədbirlərin təşkilatçısı və ev yiyəsi qismində də çıxış edir. CENL-in, BAE-nin, İƏT üzvü olan və türkdilli ölkələrin milli kitabxanalarının növbəti toplantıları Bakıda böyük uğurla keçirilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxananın 90 illik yubileyi bu beynəlxalq təşkilatların təmsilçisi olan 60-dan artıq dünya milli kitabxanaları rəhbərlərinin iştirakı ilə böyük uğurla keçirilmişdir.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları kitabxana işinin bu və ya digər məsələlərinə dair dünya ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda, treninqlərdə və digər tədbirlərdə də mütəmadi olaraq maraqlı elmi məruzə və təqdimatlarla çıxış edirlər. Milli Kitabxana mütəmadi olaraq belə tədbirlərin təşkilatçısı kimi də çıxış edərək dünya kitabxanalarının mütəxəssislərini Bakıya toplayır. Son illərdə innovasiyaların kitabxana işinə tətbiqinə, kitab və mütaliənin kütləviləşdirilməsində innovativ iş metodlarından istifadə və bu kimi digər mövzularda kitabxanamızın keçirdiyi beynəlxalq elmi konfranslarda onlarla dünya milli kitabxanalarının mütəxəssisləri elmi məruzələrlə çıxış etmişlər.
Kitabxanamızın beynəlxalq əlaqələrində mütəxəssislərin təcrübə mübadiləsinin və stajirovkaların təşkili də əhəmiyyətli rol oynayır. Son illər ərzində mütəmadi olaraq Türkiyənin, Rusiyanın, Belorusun, Slovakiyanın, Qazaxıstanın, Fransanın, Avstriyanın, İranın və Təbrizin, ABŞ-ın, Gürcüstanın, Misirin və digər ölkələrin milli kitabxanalarında təcrübə mübadiləsində olmuş və yaxud həmin kitabxanaların mütəxəssisləri bizim kitabxanada təcrübə mübadiləsi keçmişdilər.

Kərim TAHİROV,
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM