18 Aprel 2018 12:04
477
Elm və texnika
A- A+

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans davam edir

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları davam edir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır”, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzularında bölmə iclasları keçirilib.

Aprelin 16-da konfransın Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda daha bir bölmə iclası keçirilib.

Açılış mərasimində hər iki ölkənin dövlət himni səsləndirilib. ADU-nun rektoru, akademik Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. ADU və Ərciyəs universitetlərindən bəhs edən videoçarx nümayiş olunub.

Ərciyəs Universitetinin rektoru, professor Məhəmməd Güvən beynəlxalq konfransın təşkilatçılarına, həmçinin akademik Kamal Abdullaya minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir, həmçinin hər iki ölkə universitetlərini təhsil və elm sahəsində uğurlu nailiyyətlərə doğru aparır. Rektor türk dünyasının böyük lideri Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını və Ulu Öndərin “Bir millət, iki dövlət” ifadəsini xatırladıb, qardaş ölkələr arasında münasibətlərin tarixi köklərindən bəhs edib.

ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli Ümummilli Liderin 95 illiyinə həsr olunan beynəlxalq konfrans haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ulu Öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib. Dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycan ilə məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumiyyətlə dünyanı əhatə edib. İ.Kazımbəyli deyib: “Ümummilli lider Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlər gündən-günə inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır”.

Ərciyəs Universitetinin professoru Mehmet Öcəl Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən bəri qonşu dövlətlərlə, o cümlədən türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində apardığı işlərdən söz açıb.

Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daim prioritet hesab edib.

Bölmə iclasında ADU-nun dosenti Ədalət Abdiyeva və dosent Sevdagül Əliyeva, Nəcməddin Ərbakan Universitetinin dosenti Günnər Özkan, Kadir Has Universitetinin professoru Mustafa Aydın, Çankırı Karatəkin Universitetinin dosenti Əlisamir Mərdan, Ərciyəs Universitetinin professoru Qafar Çakmaklı və dosent Əlif Şimşək Özkan mövzuya dair məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda konfrans iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video