Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:56 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb
Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
08:04 17.04.2018

Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın Azərbaycanda olan müxbirləri hazırladıqları reportajda Türkiyə ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğu bildirilir.

Paytaxt Bakı şəhərinin müxtəlif görməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhərə xüsusi gözəllik verdiyini bildirirlər. Dağüstü parkdan şəhərin mənzərəsinin xüsusilə gözəl göründüyü vurğulanan reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğu diqqətə çatdırılır.

Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyri-adi gözəl binasını mütləq ziyarət etmək tövsiyə olunur.

İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sakinlərinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM