Alternative content

13:02 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkdilli ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün tədris proqramlarının təşkili müzakirə edilib
Türkdilli ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün tədris proqramlarının təşkili müzakirə edilib
ANA SƏHİFƏ / Mədəniyyət
08:04 17.04.2018

Aprelin 17-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada Türkiyənin təhsil naziri İsmet Yılmaz ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, G.Əfəndiyeva, ilk növbədə, rəhbərlik etdiyi qurumun türkdilli xalqlara məxsus tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində fəaliyyətindən bəhs edib. Fondun əsas prioritetinin türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqdan ibarət olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, Fondun üzv dövlətlərinin müvafiq təhsil nazirlikləri ilə əməkdaşlığı türk dünyasına məxsus mədəniyyəti daha ətraflı şəkildə dünyaya tanıtmaq, gənclərin bu sahədəki bilik və bacarıqlarını inkişaf etdirmək və gələcək nəsillərə ötürmək baxımından əhəmiyyət kəsb edir.

İ.Yılmaz öz növbəsində Azərbaycan və Türkiyə arasında qardaşlıq, tarixi yaxınlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daim inkişaf etdiyini bildirərək, dünya mədəniyyətinə böyük töhfələr vermiş türkdilli xalqların ortaq zəngin irs, ədəbiyyat, incəsənət, milli mənəvi dəyərlər baxımından bir-birinə bağlı olduğunu qeyd edib və Fondun bu çərçivədə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O, qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün Fond ilə Türkiyənin Təhsil Nazirliyi və onun nəzdində olan öndə gedən təhsil müəssisələri ilə birgə tədris proqramlarının təşkil olunmasının vacibliyini vurğulayıb.

Tərəflər türkdilli xalqların tarixi köklərinə dair mövcud tədqiqatların inkişaf etdirilməsi və dünyaya tanıdılması üçün türk dünyasına xas akademik araşdırma və informasiya mübadiləsinin və tədris müəssisələrində ortaq adət-ənənə, musiqi, tarix, ədəbiyyat, incəsənət, teatr, kinematoqrafiya üzrə elmi konfrans, mühazirə və seminarların keçirilməsi mövzularında fikir mübadiləsi aparıb.

Görüşdə tədris sahəsində gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM