Alternative content

17:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondunun təcrübəçiləri prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
Bilik Fondunun təcrübəçiləri prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
ANA SƏHİFƏ / Elm və texnika
04:04 17.04.2018

 

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bilik Fondunda istesalat təcrübəsi keçən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan və Bakı Slavyan Universitetində yunanşünaslıq ixtisasına yiyələnən tələbələr qurumun mətbuat katibi Ceyhun Musaoğlunun "Azərbaycandakı prezident seçkiləri: nəticələr və perspektivlər" mövzusunda mühazirəsini dinləyiblər.

Prezident seçkilərində namizədlərə və seçicilərə yaradılmış demokratik şəraitdən danışan natiq bildirib ki, hər bir seçici özünün iradəsini sərbəst ifadə edərək növbəti yeddiillik dövr üçün Azərbaycan Respublikasının Prezidentini seçib.

C.Musaoğlu Prezident İlham Əliyevin seçkidən sonrakı çıxışında səsləndirdiyi "gələcək gənclərindir" fikrindən çıxış edərək, dinləyiciləri, xüsusən də gələcəyin diplomatları kimi yetişən tələbələri dövlətə qarşı yönələn təhdidlərin qarşısında sipər olmağa çağırıb.

Bilik Fondunun mətbuat katibi Azərbaycana qarşı qərəzli mövqedə olan qüvvələrin məkrli niyyətlərindən bəhs edib. O, gənclərin hadisələrə açıq düşüncə ilə reaksiya vermələrini, qərəzli münasibətin şaxələnməsinə qarşı çıxmalarını onların vətəndaşlıq mövqeyi ilə əsaslandırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.