Alternative content

07:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada “Ramiz Mehdiyev-80” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada “Ramiz Mehdiyev-80” adlı kitab sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
03:04 17.04.2018

 

Aprelin 17-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin anadan olmasının 80 illiyi münasibətilə “Ramiz Mehdiyev-80” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə olan əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, rəy verdiyi, haqqında olan kitablar və dövri mətbuat materialları yer alıb.

Sərgi bir həftə davam edəcək.