Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:10 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Türk İslam sənətləri” adlı sərgi açılıb
Bakıda “Türk İslam sənətləri” adlı sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
03:04 17.04.2018

 

Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan əsərlərdən ibarət “Türk İslam sənətləri” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə reallaşıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəhbəri olduğu elm ocağında belə bir sərginin açılmasından məmnunluq ifadə dən Ö. Eldarov layihənin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Bursa bələdiyyəsinin sədri Hikmət Şahin iki qardaş ölkə arasında inkişaf əlaqələrindən danışıb. Bildirilib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr həyata keçirilir. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu deyən natiq bu münasibətin son illər ərzində yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Qeyd edilib ki, sərginin əsas məqsədi ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov iki qardaş ölkə arasında əlaqələrin inkişafından danışaraq belə bir sərginin təşkilini yüksək qiymətləndiriblər. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğu vurğulanaraq bildirilib ki, müxtəlif üslub və motivləri əhatə edən tablolarda türk-islam sənətinin tarixi haqda məlumatlar da yer alır.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərginin ekspozisiyasında nümayiş olunan keramika, ipək xalça toxuması, miniatür işlər, xəttatlıq nümunələri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsəri nümayiş edilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM