Alternative content

18:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq
Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq
ANA SƏHİFƏ / Mədəniyyət
11:04 17.04.2018

Qətərin paytaxtı Dohada Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi olub. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil ediblər.

Milli Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirə bir sıra ölkələrin dövlət və hökumət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktoru qatılıb.

Açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavy və bir sıra dünya milli kitabxanalarının direktorları çıxış ediblər.

Bildirilib ki, Qətər Milli Kitabxanası məşhur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və modern, möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunub. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilib. Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılıb. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.

Tədbirdən sonra qonaqların şərəfinə təşkil olunmuş ziyafətdə Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə prezidentinin salamlarını əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik edib.

Qeyd edək ki, bu gün Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq.