Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:46 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ alimləri neyroimplant vasitəsilə yaddaşı yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər
ABŞ alimləri neyroimplant vasitəsilə yaddaşı yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər
ANA SƏHİFƏ / Elm və texnika
03:04 16.04.2018

ABŞ alimləri beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplantat vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, tədqiqat işi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi tərəfindən maliyyələşdirilir. Neyroimplantat beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.

Tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplantat digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (Limbik sistemin bir hissəsi olmaqla məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantatlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.

Tədqiqat müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirildiyini bildirərək neyroimplantatın insanlar üzərində bu dərəcədə effektiv işləməsinə təəccübləndiyini gizlətməyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM