Alternative content

13:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nüfuzlu "Kral Feysəl" mükafatının builki qaliblərinin adları açıqlanıb
Nüfuzlu "Kral Feysəl" mükafatının builki qaliblərinin adları açıqlanıb
ANA SƏHİFƏ / Elm və texnika
01:04 14.04.2018

Ərəb dünyasının nüfuzlu elmi “Kral Feysəl” mükafatının 2018-ci ildəki qaliblərinin adları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, bu yaxınlarda Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində kral Salman 2018-ci ilin “Kral Feysəl” mükafatını sahiblərinə təqdim edib. Bu il İndoneziya, İordaniya, Tunis, ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar “İslama xidmət”, “İslamşünaslıq”, “Ərəb dili və ədəbiyyatı”, “Tibb” və “Elm” kateqoriyaları üzrə mükafatlandırılıblar. İndoneziyalı professor İrvandi Casvir İslama xidmətlərinə görə, İordaniyanın Beynəlxalq İslam Universitetinin professoru Bəşər Avad “İslam tarixi və bioqrafik mətnlərinin tənqidi nəşrləri” mövzusundakı araşdırmalarına görə, tunisli alim, Manuba Universitetinin professoru Şokri Mabhut ərəb dili və ədəbiyyatına verdiyi töhfələrinə görə, Böyük Britaniyanın Oxford Universitetinin professoru Con M.Boll xüsusi törəməli qeyri-xətti tənliklərin öyrənilməsindəki nailiyyətlərinə görə bu mükafata layiq görülüblər.

Həmçinin amerikalı professor Ceyms P.Ellison və ABŞ-ın Texas Universitetinin nəzdindəki Parker adına Xərçəngin İmmunoterapiyası İnstitutunun direktoru Vivian Smit “Xərçəngin immunoterapiyası” mövzusunda apardıqları tədqiqatlara görə “Tibb” kateqoriyası üzrə “Kral Feysəl” mükafatı alıblar.

Qeyd edək ki, bu mükafat 1976-cı ildən İslam dünyasına və İslama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verilir. “Kral Feysəl” ərəb dünyasının Nobeli də hesab edilir. Mükafat sertifikat, 200 qramlıq qızıl medal və 200 min ABŞ dollarından ibarətdir.