Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:39 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub
ANA SƏHİFƏ / Mədəniyyət
07:04 13.04.2018

Aprelin 13-də Bakıda "Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən sertifikatların təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etdiyi qurumun adından Prezident İlham Əliyevi yenidən ölkə başçısı seçilməyi münasibətilə təbrik edib.

Kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışan S.Məmmədəliyeva deyib ki, bu ötən ilin ən mühüm hadisələrindən biri olub. Buna görə də UNESCO-nun müvafiq siyahısına daxil edilən mədəni irs nümunələrinin sayına görə ölkəmiz liderlik edir. UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması və ifaçılıq sənətindən başqa, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır. Qeyd edilib ki, xalqımızın qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas rəmzlərindən biri olan dolmanın bişirilmə və paylaşma ənənəsi əsrlərboyu nəsildən-nəslə ötürülən mədəni mənsubiyyət nümunəsidir.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elnur Sultanov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Ölkəmizin dünyada artan nüfuzundan danışan E.Sultanov Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyini vurğulayıb.

Qeyd edilib ki, ölkəmiz 25 ildir ki, UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişaf etməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Azərbaycanın on bir mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Koreya Respublikasının Jeju adasında keçirilən 12-ci sessiyasında reallaşıb. Sessiya zamanı ölkəmizin İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun müvafiq siyahısına daxil edilib.

Sonra UNESCO-nun Baş direktoru xanım Odri Azuley tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

Tədbirdə kamança ifaçıları tərəfindən xalq musiqiləri ifa edilib, eyni zamanda, Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patenti alınan “Bakı ağ şanı dolması”, “Abşeron zeytun dolması”, “Salyan balıq dolması”, “Ordubad gupa dolması”, “Kəngərli qıra dolması”, “Quba alma dolması”, “Qəbələ qoz dolması”, “Qax quru dolma”, “İsmayıllı pip dolması”, “Lənkəran limon dolması” hazırlanaraq qonaqlara təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM