Alternative content

01:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynada Ulu Öndərin 95 illiyinə həsr olunan beynəlxalq konfransın bölmə iclası keçirilib
Ukraynada Ulu Öndərin 95 illiyinə həsr olunan beynəlxalq konfransın bölmə iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
04:04 13.04.2018

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda keçirilib.

Kiyev Milli Linqvistik Universitetində konfransın “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti bölmə iclası keçirilib.

Tədbirdə Kiyev Milli Linqvistik Universitetinin rəhbərliyi və kollektivi, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov və professor Fikrət Cahangirov iştirak ediblər.

Səfir A.Xudiyev ulu öndər Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolundan, Azərbaycan ilə Ukrayna arasında münasibətlərin tarixindən və bu əlaqələrin perspektivlərindən söz açıb.

Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor R.Vasko Ümummilli Liderin xatirəsinin Ukraynada da əziz tutulduğunu bildirib. Qeyd edilib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.

Çıxış edənlər müstəqillik dövründə dövlətlərarası əlaqələrin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrinin inkişafında Ulu Öndərin rolunu xüsusi vurğulayıblar.

Kiyev Milli Linqvistik Universitetinin tədris və beynəlxalq əlaqələr üzrə prorektoru, professor İ.Seryakova, bu ali məktəbin şərqşünaslıq fakültəsinin dekanı, dosent S.Sorokin, türkologiya kafedrasının müəllimi İ.Şıxızadə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İ.Allahverdiyeva və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin cəmiyyətdə multikulturalizmin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sahəsindəki müstəsna xidmətlərindən danışıblar.