Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:54 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb
Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 13.04.2018

 

Aprelin 12-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında təqdim olunan, “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərasimdə çıxış edən Reza Deqati dünyanın ən böyük mədəniyyət məkanlarından birində - Heydər Əliyev Mərkəzinin parkında sərginin açılmasından çox şad olduğunu bildirdi. “Bu gün mənim ömrümdə yadda qalan gün olacaq”, - deyən fotoqraf 40 il bundan əvvəl dünyanı gəzərək fotolar çəkməyə başladığını qeyd etdi. Bildirdi ki, bu 40 il ərzində dünyada təkcə müharibələr, çətinliklər deyil, gözəllik olduğunu da görüb.

Fotoqraf qeyd etdi ki, insan dünyanın, təbiətin gözəlliyini görməsə, bəşəriyyətə nə üçün kömək etməli olduğunu bilməyəcək. O, dünyada bütün varlıqların - insanların, digər canlıların, bitkilərin bir-birinə bağlılığından və vəhdət təşkil etdiyindən danışdı. Vurğuladı ki, başlıca məqsədimiz bir-birimizə kömək edərək, dünyanı qorumaqdır.

Otuz ildir ki, Azərbaycana gəldiyini, ölkəmizin bu 30 ildə inkişaf etdiyini görən fotoqraf Azərbaycandakı tolerantlıq mühitini xüsusi qeyd etdi, burada bütün dinlərin, millətlərin nümayəndələrinin rahat yaşadıqlarını söylədi. “Bu sərgi dünya sərgimdir. Bir aydan sonra Heydər Əliyev Mərkəzində Azərbaycana aid əsərlərim sərgilənəcək”, - deyən Reza Deqati dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirdi. Sonra sərgi ilə tanışlıq oldu. Sərgidə müəllifin 60-dək fotosu nümayiş olunur. Burada Reza Deqatinin müxtəlif illərdə Azərbaycan, Fransa, Misir, Türkiyə, Çin, Əfqanıstan və digər ölkələrdə çəkdiyi fotolar yer alıb. Bu fotolar müxtəlif ölkələrdə ayrı-ayrı mədəniyyətlərə, talelərə sahib olan insanların hekayələrini, onların hisslərini əks etdirir.

Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunan əsərlər ziyarətçiləri həm də bəşəriyyətə vizual və bədii səyahətə dəvət edir.

Sərginin müəllifi Reza Deqati karyerasına tədqiqat və memarlıqla başlayıb, daha sonra fotoqrafiyaya sevgisinin ardınca gedərək bu sahədə uğurlar qazanıb, beynəlxalq mükafatlara sahib olub. Reza Deqati ötən 40 il ərzində 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər və “National Georaphic” kanalı üçün hazırlanmış sənədli filmlərdən əlavə, beynəlxalq mətbuatda da yer alıb. Reza Deqatinin Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Fotoqraf, ümumilikdə, dünya üzrə 250 sərginin iştirakçısı olub.

Azərbaycana ilk dəfə 1987-ci ildə gələn Reza Deqatinin əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan - Tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan - Alovun zərifliyi” sərgisi keçirilib. 

Heydər Əliyev Fondunun dəstəyi ilə, həmçinin Reza Deqatinin fotolarından ibarət “Alovun zərifliyi” və “Günahsızların qırğını” kitabları nəşr edilib. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra mükafatlara, o cümlədən Parisin Amerika Universitetinin “Doctor Honoris Causa” fəxri adına, Fransanın Milli Xidmət Kavaleri ordeninə layiq görülüb.

Sərgi oktyabrın 1-dək açıq olacaq.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM