Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:02 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumçin Gənclər Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
Ümumçin Gənclər Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
ANA SƏHİFƏ / PARLAMENT
10:04 12.04.2018

Aprelin 12-də Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Ümumçin Gənclər Federasiyasının nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fuad Muradov qonaqlara Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, reallaşdırılan irimiqyaslı layihələr, ölkədə yürüdülən gənclər siyasəti barədə ətraflı məlumat verib. Ümumçin Gənclər Federasiyasının nümayəndə heyətinin Bakıya səfərinin ölkəmizin tarixində mühüm siyasi hadisəyə təsadüf etdiyini deyən komitə sədri Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti gənclərin mükəmməl təhsil alması, onların potensial imkanlarından səmərəli istifadə etməsi üçün lazımi addımlar atır.

Daha sonra ölkədə gənclər siyasəti sahəsində qanunvericilik bazasının inkişafından söz açan F.Muradov Azərbaycanda Çin dilinin öyrənilməsi ilə bağlı atılan addımlardan danışıb.

Ümumçin Gənclər Federasiyasının baş katibi Dong Xia təmsil etdiyi qurumun Azərbaycandakı gənclər təşkilatları ilə yaxşı əməkdaşlıq qurduğunu vurğulayıb.

Görüşdə iştirak edən millət vəkilləri Şahin İsmayılov və Sevinc Hüseynova Azərbaycanda gənclərin ictimai-siyasi həyatda fəal rolundan, ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətindən söz açıblar.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM