Alternative content

01:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
05:04 12.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya Parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Stiv Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bütün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığının şahidi olduqlarını bildirdilər.

Dövlətimizin başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirdi. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmnunluqla qeyd etdi, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğuladı.