Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib
Prezident İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
04:04 12.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd etdi.