Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:00 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türk Şurasının müşahidə ekspertləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
Türk Şurasının müşahidə ekspertləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
ANA SƏHİFƏ / Mədəniyyət
04:04 10.04.2018

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibinin müavini Ömər Kocamanın başçılıq etdiyi Şura Katibliyinin ekspertlərindən ibarət nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara qurumun son dövrlərdəki fəaliyyəti barədə məlumat verib, ümumi məqsədləri əhatə edən sahələr üzrə yenilikləri qonaqların diqqətinə çatdırıb.

G.Əfəndiyeva türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən icra olunan müxtəlif layihələr və tədbirlərdən söz açıb.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Şuranın 20 nəfərdən ibarət müşahidə missiyasının Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb. Qonaq, müşahidə missiyasının Bakı, Şəki və Quba şəhərlərində keçiriləcək səsvermənin gedişini izləyəcəyini, seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcəyini və bununla bağlı bəyanat yayacaqlarını qeyd edib. O bildirib ki, səfər çərçivəsində müşahidəçilər missiyasının bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Günay Əfəndiyeva öz növbəsində görüşdə türkdilli xalqlar arasında birliyin qorunması, ölkələrimizdə sabitliyin davam etdirilməsi istiqamətində Fondun üzv dövlətlərinin prezidentlərinin rolundan danışıb.

Sonra tərəflər, türk dünyasının birliyinə xidmət edən iki qardaş qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, türkdilli qurumların ümumtürk mədəniyyətinin qorunub gələcək nəsillərə ötürülməsi istiqamətində təşkilatların daim bir-birinə dəstək olduğu ifadə edilib.

Tərəflər arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə sentyabrda keçirilməsi planlaşdırılan Zirvə toplantısında müzakirəyə qoyulacaq türk dünyasının birliyinə, mühafizəsinə və inkişafına yönəlmiş bir sıra mühüm məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda türk xalqlarının daha da yaxınlaşması istiqamətində gördüyü işlər qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün il ərzində birgə təşkil olunacaq tədbirlər haqqında qərarlar qəbul edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM