Alternative content

03:37 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaz allergiyası əsasən ağacların tozlanması nəticəsində əmələ gəlir
Yaz allergiyası əsasən ağacların tozlanması nəticəsində əmələ gəlir
ANA SƏHİFƏ / Səhiyyə
01:04 10.04.2018

Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.

“Bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meylli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur”,- deyə Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov AZƏRTAC-a məlumat verib. Onun dediyinə əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır.

Baş allerqoloqun verdiyi məlumata görə, yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. Mövsümqabağı allergenləri xüsusi durulaşdırmaq yolu ilə dərman hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur və bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir.