Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:57 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransanın nüfuzlu “Mezzo” telekanalında ölkəmizlə bağlı süjet yayımlanıb
Fransanın nüfuzlu “Mezzo” telekanalında ölkəmizlə bağlı süjet yayımlanıb
ANA SƏHİFƏ / Mədəniyyət
06:04 09.04.2018

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini və zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti də nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır. Nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarxın nümayişi aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanmağa başlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin memarlığının, təbiətinin və mətbəxinin zənginliyinin əks olunduğu videoçarxda dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.

Videoçarxın təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan Alov qüllələrindən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edir. Möhtəşəm musiqinin sədaları altında tamaşaçı yaşıl donlu dağlar qoynuna “yollanır”, yenidən Bakıya qayıdır, fərqli rakursdan Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasını, Qız qalasını seyr edib, “İçərişəhər”dəki qədim bazar abidə kompleksindəki heykəllər, milli balet nümunəsi ilə tanış olur. Ardınca Şəki Xan sarayının rəngli şüşəli pəncərələrindən ətrafı seyr edib, milli mətbəximizin ən ləziz yeməklərindən olan yarpaq dolmasının hazırlanmasını izləyir. Hazır xörək isə ona adi masada deyil, Azərbaycan xalçasının üstündə təqdim edilir. Bunun ardınca sanki Azərbaycan Xalça Muzeyində qorunan “sehrli xalça” ilə səyahətə çıxaraq “İçərişəhər”də mənzil başına çatır. Reklam çarxı tamaşaçıda ölkəmizin görməli yerləri, mədəni irsi barədə yaddaqalan təsəvvür yaradır.

Qeyd edək ki, “Mezzo” televiziya kanalı 1992-ci ildən yayımlanır. Telekanal klassik musiqi, caz, musiqili folklora xüsusi yer verir. Kanal əsasən konsertlər, festivallar zamanı canlı yayımda lentə alınmış musiqi proqramlarını nümayiş etdirir. Yayım şəbəkəsinə konsert, opera və balet tamaşalarının canlı yayımı, eləcə də musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM