Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:44 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
02:04 07.04.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482) aşağıdakı dəyişikliklər edilsin:

1.  3-cü maddənin birinci hissəsində, 7-ci maddənin ikinci hissəsində, 9-cu maddənin birinci hissəsində, ikinci hissəsinin birinci abzasında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddənin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddənin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddənin altıncı hissəsində, 17-ci maddənin birinci və dördüncü hissələrində, 18-ci maddənin birinci hissəsində, 19-cu maddənin birinci və beşinci hissələrində, 21-ci maddənin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddənin birinci hissəsində, 24-cü maddənin ikinci hissəsində, 28-ci maddənin birinci hissəsinin ikinci cümləsində, beşinci, on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddənin birinci hissəsinin birinci abzasında ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı”  sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

2. 9-cu maddənin ikinci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri ilə əvəz edilsin.

3.  26-cı maddənin doqquzuncu hissəsində “orqanları” sözü “orqanı və  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

4.  14-cü maddənin yeddinci hissəsində (hər üç halda), 17-ci maddənin dördüncü hissəsində, 21-ci maddənin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsində, beşinci hissəsinin ikinci cümləsində, 22-ci maddənin ikinci hissəsində, 28-ci maddənin birinci hissəsinin ikinci cümləsində və on üçüncü hissəsinin birinci cümləsində ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ismin müvafiq hallarında “haqq” sözü ilə əvəz edilsin.

5.    35-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 35. Dövlət rüsumu və haqq

 

35.1. Bu qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

35.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göstərdiyi bu qanunda nəzərdə tutulan xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.”.

6. 35-1-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2018-ci il


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM