07 Aprel 2018 02:04
322
Fərmanlar
A- A+

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanunun 35.2-ci maddəsinə uyğun olaraq göstərilən xidmətlərə görə xidmət haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (ikinci halda), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin qanunun 35.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində “qurum” dedikdə “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur;
3.4. həmin qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar kənd təsərrüfatı məhsullarına münasibətdə (qida məhsulları istisna olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, qida məhsulları ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video