07 Aprel 2018 01:04
301
Qanunlar
A- A+

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481) aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci maddənin beşinci abzasında, 7-ci maddənin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddənin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddənin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddənin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddənin üçüncü abzasında, 15-ci maddənin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddənin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddənin 3-cü hissəsində, 19-cu maddənin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddənin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddənin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddənin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddənin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddənin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci və dördüncü abzaslarında, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddənin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddənin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddənin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddənin 1-ci hissəsində, 2-ci hissəsinin  birinci və ikinci abzaslarında, 36-cı maddənin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 41-ci maddənin birinci, ikinci və üçüncü abzaslarında ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

2.   4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.2. Dövlətin bu qanunun 4.1.3-cü, 4.1.4-cü və 4.1.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirir.”.

3.  6-cı maddənin 1-ci hissəsinin ikinci abzasına “müvafiq icra hakimiyyəti orqanında, “ sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda, “ sözləri əlavə edilsin.

4.   15-ci maddənin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddənin 2-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddənin  1-ci hissəsinin birinci abzasında, 2-ci və 4-cü hissələrində, 35-ci maddənin 2-ci hissəsinin ikinci abzasında, 36-cı maddənin 1-ci hissəsinin üçüncü abzasında,    38-ci maddənin 3-cü hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində ismin müvafiq hallarında “rüsum” sözü ismin müvafiq hallarında “haqq” sözü ilə əvəz edilsin.

5.  17-ci maddənin 2-ci hissəsində və 38-ci maddənin 3-cü hissəsinin birinci cümləsində ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ismin müvafiq hallarında “haqq” sözü ilə əvəz edilsin.

6.  26-cı maddənin 3-cü hissəsində və 41-ci maddənin ikinci abzasında “orqan” sözü “qurum” sözü ilə əvəz edilsin.

7.  30-1-ci maddə ləğv edilsin.

8.  39-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 39. Dövlət rüsumu və haqq

 

39.1. Bu qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

39.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göstərdiyi bu qanunda nəzərdə tutulan xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video