Alternative content

10:01 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BANM-da Layihə İdarəetmə Məktəbinin məzun günü keçirilib
BANM-da Layihə İdarəetmə Məktəbinin məzun günü keçirilib
ANA SƏHİFƏ / Təhsil
01:04 07.04.2018

 

Bakı Ali Neft Məktəbi (BANM), BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbi “Stream 16” və “Stream 17” adlı qruplarının məzun gününü qeyd etdi. Uğurlu iştirakçılarını ABŞ-ın  Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbindən bu dəfə 24 müəssisənin 52 mütəxəssisi məzun oldu. Həmin şirkətlərə SOCAR, BP, “Paşa Holdinq”, “Paşa Sığorta”, “Azneft”, SOCAR AQŞ, “SOCAR Upstream”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər Halqası, Gilan Tekstil Park, “Azerconnect”, “Atlantic Waste Solutions”, “AzIn Telekom” və digərləri daxildir.

Ali məktəbin kampusunda keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə ürəkdən təbrik edib, onlara layihə menecmenti üzrə əldə etdikləri bilikləri öz işlərində uğurla tətbiq etməkdə müvəffəqiyyətlər diləyib.

 SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Layihə İdarəetmə Məktəbini hazırda yerli mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində ən uğurlu layihə adlandırıb və bu layihənin icrasının yüksək səviyyədə həyata keçirilməsinə görə ali məktəbə təşəkkür edib. Xalik Məmmədov SOCAR-ın təlim və biliklərin artırılması istiqamətində öz əməkdaşlarını daim dəstəklədiyini bildirərək qeyd edib ki, bu gün proqramı uğurla başa vuranlar arasında SOCAR-ın müxtəlif müəssisələrindən olan 23 nəfər əməkdaşı vardır.

Tədbirdə həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın STRATEX şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edərək məzunları ürəkdən təbrik ediblər.

Layihə İdarəetmə Məktəbinin məzunlarından olan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli də tədbirdə çıxış edərək bu proqramın gənc mütəxəssislərin ixtisaslarının artırılması və layihə idarəetməsinin öyrənilməsində əvəzsiz olduğunu və bu məktəbin məzunu olmaqdan sevinc hissi keçirdiyini bildirib.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və STRATEX şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez tərəfindən hər bir məzuna ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı və hədiyyələr təqdim edilib.

Təqdimetmə mərasimi bitdikdən sonra tədbirin bədii hissəsi başlayıb. Məzunlar və qonaqlar kommunikasiya üçün bir araya gələrək müzakirələr aparıb, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Layihə İdarəetmə Məktəbi  son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər seçilmiş mütəxəssislərinin ixtisasartırması haqda düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verirlər. Burada proqramın iştirakçıları layihələrin idarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında təlim keçirlər. Həmin modullara layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.

 

“Azərbaycan”