07 Aprel 2018 01:04
1172
ELANLAR
A- A+

“Azərişıq”ASC Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir

 

Rayonlarda istismar müddətini başa vurmuş yarımstansiyalar, transformatorlar, hava xətləri dəyişdirilir

 

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini də yenidən qurur. Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli iş görülüb və görülməkdədir.

Yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kV “Qarasu” yarımstansiyasının tikintisi yekunlaşır. 35 kV-luq “Pirsaat” yarımstansiyası tikilərək yenidən qurulub. Eyni zamanda Pirsaat kəndində 4,4 km məsafədə yeni 6 kV-luq hava xəttinin, 10.19 km məsafədə ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabel xəttinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi də yekunlaşıb. Hazırda Hacıqabul rayonunun Udulu kəndində yüksək gərginlikli 35 kV-luq Udulu hava xətti 1,2 km məsafədə yenidən çəkilir. Navahı kəndində isə orta gərginlikli 6 kV-luq Navahı hava xətti 13,5 km məsafədə yenidən qurulur. Bununla yanaşı, Udulu kəndində nasos stansiyalarına 22 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması istiqamətində işlər davam etdirilir.

Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq “Cavad” yarımstansiyası tikilir. Bununla yanaşı, Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır. Həmçinin Azadkənd, Beşdəli və Əlicanlı kəndlərində 0,4 kV-luq hava xətləri yenidən qurulur. Artıq Əlicanlı kəndində 9,5 km məsafədə, Azadkənd kəndində 24,5 km məsafədə açıq naqillər ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellə əvəz olunub.

Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 km məsafə yenidən qurulub. Rayonun 20 Yanvar qəsəbəsində 6 kV-luq Arbatan hava xəttinin dəmir yolu budaqlanmasında yenidənqurma işləri aparılır, artıq 3,8 km hissədə yenidənqurma işi başa çatıb. Bununla yanaşı, rayonun Kürsəngi kəndində 900 m məsafədə, Qaraçala kəndində 18 km məsafədə açıq naqillər ÖİN kabellə  yenilənib.

Saatlı rayonununda isə Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 km, Dədə Qorqud kəndində 1,2 km məsafədə açıq naqillər ÖİN kabellə əvəz olunub.

Şirvan şəhərində də Yeni Yaşayış Massivinin enerji təchizat sxemi layihələndirilərək tikinti işlərinə başlanılıb, 1 km magistral ÖİN xətti çəkilib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video