Alternative content

09:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 26.08.2012

 

Mülki işə apelyasiya məhkəməsində baxılarkən əlavə sübut təqdim edə bilərəm?

 

Əziz ÇƏlƏbiyev,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli qərarında apelyasiya instansiyasına yeni və əlavə sübutların təqdim olunması üçün bir sıra halların mövcud olmasının vacibliyini vurğulamışdır.

Beləliklə, MPM-in yuxarıda qeyd edilən maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun adıçəkilən qərarına müvafiq olaraq apelyasiya məhkəməsində əlavə sübut təqdim edə bilməniz üçün aşağıdakı hallar mövcud olmalıdır:

1) İşə birinci instansiya məhkəməsində baxılan zaman həmin əlavə sübutu təqdim etmək imkanının olmaması. Başqa sözlə, əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək vəzifəsi sizin üzərinizə düşür.

2) Əlavə sübutlar aid edilənlik (MPM-in 80-ci maddəsi) və mümkünlük (MPM-in 81-ci maddəsi) tələblərinə cavab verməlidir. Əgər təqdim etmək istədiyiniz əlavə sübut işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürdə, o qəbul oluna bilməz.

3) İşə baxan apelyasiya instansiyası məhkəməsi əlavə sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməsi. Yəni təqdim etmək istədiyiniz əlavə sübutun qəbul edilib-edilməməsi işə baxan apelyasiya instansiyası məhkəməsinin səlahiyyətindədir.          

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi