Alternative content

23:00 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
01:04 06.04.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli Sərəncamına Əlavə

 

Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında quraşdırılması nəzərdə  tutulan modul tipli məktəblərin siyahısı

 

Sıra

№-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd  96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

3

Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

4

Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

5

Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

7

Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

8

Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

9

Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli  tam orta məktəbin quraşdırılması

285 000

10

Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

11

Gədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

12

Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

13

Daşkəsən rayonu Daşkəsən qəsəbəsi  56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Daşkəsən rayonu Gürbulaq kənd  40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

 

Cəmi

4 461 000