Alternative content

16:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
01:04 06.04.2018

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 yanvar tarixli 1786 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

1.2. həmin fərmanla təsdiq edilmiş “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə” üzrə:

1.2.1. adında “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.1-ci bənddə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

1.2.3. mətn üzrə ismin müvafiq hallarında “Dövlət Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin;

1.2.4.  1.3-cü bənddə “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri” sözləri “regional bölmələri” sözləri ilə əvəz edilsin;

1.2.5. 3.0.15-ci yarımbənddə “rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilsin;

1.2.6.  5.4.4-cü yarımbənddə “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2018-ci il