Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:30 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında “Azərbaycanlılar” kitabı çapdan çıxıb
Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında “Azərbaycanlılar” kitabı çapdan çıxıb
ANA SƏHİFƏ / Elm və texnika
08:04 05.04.2018

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Rusiya Elmlər Akademiyasının (REA) “Nauka” nəşriyyatında çap olunmuş “Azərbaycanlılar” kitabı müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, “Azərbaycanlılar” kitabının rəyçisi, akademik İsa Həbibbəyli Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsi olan bu nəşri müasir akademik elmin mühüm nailiyyəti kimi dəyərləndirib.

Bildirilib ki, 708 səhifəlik kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti, sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub.

Akademik İ.Həbibbəyli qeyd edib ki, nəşrdə Azərbaycan xalqının milli mənəvi maraqları və azərbaycançılıq dəyərləri əsas kimi qəbul olunub, zəruri hallarda qarşılıqlı inteqrasiya prosesləri haqqında da obyektiv materiallar əksini tapıb. Vurğulanıb ki, kitabın xaricdə yaşayan azərbaycanlıların milli tərkibi, mənəvi dəyərləri haqqında xüsusi bölməsi azərbaycanlılar anlayışının müasir şəraitdə geniş təqdimatına imkan yaradır.

Bütün bunları nəzərə alaraq Rəyasət Heyəti “Azərbaycanlılar” kitabını AMEA ilə REA kollektivlərinin əlaqələrinin səmərəli elmi nümunəsi kimi dəyərləndirib və kitabın yaradıcı kollektivinin əməyinin qiymətləndirilməsini qərara alıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM