Alternative content

02:22 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhər yeməyinin əhəmiyyəti
Səhər yeməyinin əhəmiyyəti
ANA SƏHİFƏ / Səhiyyə
08:04 05.04.2018

Səhər yeməyi ən vacib qidalardan sayılır. Təsadüfi deyildir ki, həkimlərin əksəriyyəti onun böyük əhəmiyyətə malik olduğunu söyləyirlər. Səhərlər qida qəbul etmək orqanizmi işə salır, onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, çoxları səhərlər qidalanmağa lazımi əhəmiyyət vermir və ən yaxşı halda bir fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər. Bir çoxları isə ümumiyyətlə, səhər yemək yemirlər.

AZƏRTAC aparılan araşdırmalara əsasən xəbər verir ki, daim səhər yeməyindən imtina etmək şəkərli diabet və infarktın yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, orqanizmdə maddələr mübadiləsinə cavabdeh genlər var. Strukturda meydana çıxan qarışıqlıq prosesin nəzarətdən çıxmasına səbəb olur. Alimlər irəli sürdükləri nəzəriyyəni təcrübədə sübut etmək üçün 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü arasında tədqiqat aparıblar. Birinci qrupa daxil olanlar təcrübə müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər. İştirakçıların analiz nəticələrinə görə məlum olub ki, səhər yeməyi yeyənlərin orqanizmindəki maddələr mübadiləsində ciddi pozuntular müşahidə edilib.

Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırır. Onu qəbul etmək üçün ən uyğun vaxt saat 9-10 radələridir. Səhər yeməyi qəbul etməzdən ən azı bir saat qabaq oyanmaq lazımdır. Səhərlər qida qəbulu əhvali-ruhiyyəyə də yaxşı təsir göstərir, informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir. Diyetoloqların fikrincə, səhər yeməyi gündəlik qida rasionunun 25 faizini təşkil etməlidir. Səhər yeməyi artıq çəkidən, eyni zamanda bir çox mədə-bağırsaq pozulmaları və xəstəliklərdən də qoruyur.