05 Aprel 2018 07:04
393
Səhiyyə
A- A+

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 5-də Moskvada Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində (UHOİ MTTM) uşaqlar üçün “Qanın milləti yoxdur” devizi altında donor qanvermə aksiyası keçirilib.

Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib: “Bu gün Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib. RAGB tərəfindən təşkil olunmuş aksiyada Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər. Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.

E.Hacıyev vurğulayıb ki, qan verilməsinə görə donorlara ödənilən kompensasiya xəstəxananın hesabına köçürüləcək.

Aksiyada iştirak etmiş donorlardan biri – Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi kursant Xaliq Hüseynov deyib: “Çox şadam ki, bu aksiyada donor kimi iştirak edirəm və hamını bizə qoşulmağa çağırıram. Bu gün verdiyimiz qanın hər damlası gələcək nəslə töhfədir”.

Xatırladaq ki, “Qanın milləti yoxdur” adlı donor aksiyası artıq 10 ildən çoxdur keçirilir. Aksiya təkcə Moskvada deyil, Rusiya Federasiyasının başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada gənclərin minlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə sərf edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video