Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı alim Moskvada 1918-ci il mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir
Azərbaycanlı alim Moskvada 1918-ci il mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir
ANA SƏHİFƏ / Elm və texnika
04:04 05.04.2018

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 27 mart 2018-ci il tarixdə «Rusiya Federasiyasının Silahlı Güvvələrinin Mərkəzi Muzeyi”ndə keçirilən beynəlxalq elmi-praktiki konfransda bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Bakı uğrunda döyüş (1917-1920-ci illər)” adlı elmi məruzəsi ilə iştirak edib. Məruzədə müəllif 1918-ci il mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, süqutu haqqında məlumatlar vermişdir. P.Gözəlov bildirmişdir ki, Petroqradda müvəqəti hökümətin süqutundan sonra, Bakıda Stepan Şaumyanın başçılıq etdiyi “hərbçilər, kəndlilər və fəhlə deputatları”ndan təşkil olunmuş Bakı şurası (Baksovet) formalaşdırıldı. Baksovetin nəzdində fəaliyyət göstərən Erməni “Daşnaksütun” siyasi partiyasını təmsil edən ermənilərdən ibarət silahlı qruplaşmalar (alaylar) tərəfindən 1918-ci ilin mart ayında yerli musəlman əhalisinə - qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla soyqırım həyata keçirilmişdir. Mart soqırımından sonra Bakıda Xalq komissarları şurasının yaradılması və yuxarıda sadalanan tarixi faktlar konfrans iştirakçılarına çatdırıldı.

28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyyannaməsi elan edildi. Azərbaycan Xalq Cümhüriyyətinin höküməti Yelizavetpol şəhərində yerləşdikdən sonra, şəhərin qədim Gəncə adı qaytarıldı. Azərbaycan Xalq Cümhüriyyətinin Şərqdə ilk demokratik əsaslarla yaradılmış və qadınlara seçmək hüququ verililən ilk demokratik əsaslı müsəlman, dünyəvi dövlət olmuşdur.

Konfransda müəllif tərəfindən Azərbaycanın tarixi torpaqlarında heç bir ermənistan adlı dövlət və ya ərazinin olmamasını subut edən 1809-1817-ci illərdə Gülüstan və Buxarest sülh muqavilələri əsasında Rusiya İmperiyasında hazırlanmış hərbi xəritə də numayiş etdirildi. Azərbaycanın tarixi ərazisində 1918-ci ildə ermənistan dövlətinin yaradılmasının heç bir tarixi hüquqi əsəsının olmaması bərədə məlumat verildi. Həmçinin Azərbaycan Xalq Cumhürriyəti atributları haqqında konfrans iştirakçılarına geniş məlumat verildi. Sonda 11-ci Qızıl Ordunun 1920-ci ilin 27 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi və Azərbaycan Sovet Sosialist Respublikası elan edilməsi qeyd olundu.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM