Alternative content

00:20 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
04:04 05.04.2018

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev “Azərbaycanın orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tariximizə dair yeni yazılı mənbələrin dünyanın müxtəlif əlyazma fondlarında və kitabxanalarında aşkarlanıb tədqiq edilməsinin müasir Azərbaycan mediyevistikasının qarşısında duran ən mühüm vəzifələrdən olduğunu deyib. Məruzə Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində mühüm yer tutan Yaxın Şərq mənşəli yazılı mənbələrindən söz açılıb. Tarixi qaynaqlar içərisində Osmanlı mənbələrinin həm sayına, həm də əhəmiyyətinə görə bizim tarixşünaslığımızda xüsusi çəkiyə malik olduğu, onların arasında XVI əsrin sonu və XVIII əsrin 20-ci illərini əhatə edən və “təhrir dəftərləri” adlanan arxiv sənədlərinin daha çox diqqəti cəlb etdiyi bildirilib. Ş.Mustafayev qeyd edib ki, orta əsrlərdə Osmanlı cəmiyyəti ilə Qərbi Avropa cəmiyyətləri arasında mühüm tipoloji fərq mövcud olub. Avropanın feodal cəmiyyətlərindən fərqli olaraq, Osmanlı imperiyasında torpaq fondunun əksər hissəsinin dövlətin əlində cəmləşdiyini və vergi toplama hüququnun dövlətə məxsus olduğunu deyən alim müasir nəqliyyat vasitələri və informasiya texnologiyalarının olmadığı bir dövrdə vergilərin toplanılması məqsədi ilə ciddi qeydiyyat-uçot işlərinin aparıldığını bildirib: “Osmanlı imperiyasında təqribən dörd əsr ərzində xeyli sayda müxtəlif növlü maliyyə-vergi reyestrləri və təhrir dəftərləri istifadə olunub. Bu sənədlərin böyük hissəsi bu gün Türkiyə, Bolqarıstan, Macarıstan və digər ölkələrin arxivlərində qorunmaqdadır”.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.