Alternative content

01:45 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının sədrini qəbul edib
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının sədrini qəbul edib
ANA SƏHİFƏ / Tədbirlər
12:04 05.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdəki böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzuladı. Miroslav Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırdı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın mühüm tədbirlər təşkil etdiyini vurğulayaraq ölkəmizin beynəlxalq əməkdaşlıq işinə böyük töhfə verdiyini dedi. “Bakı Prosesi”nə və digər təşəbbüslərə BMT-nin verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu yaxınlarda ölkəmizdə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun keçirildiyini və BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirə müraciət ünvanladığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin təşkil etdiyi

beynəlxalq tədbirlər əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi işinə yönəlib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, miqrasiya və iqlim dəyişikliyi problemləri və BMT-nin qarşısında duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.