Alternative content

21:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Tədbirlər
11:04 05.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İvitsa Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.