Alternative content

13:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar
Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar
ANA SƏHİFƏ / Elm və texnika
09:04 04.04.2018

Kaliforniya Universitetinin əməkdaşları insan fikirlərini real vaxt rejimində 90 faiz dəqiqliklə mətnə köçürə bilən qurğu yaradıblar. Qurğu cümlənin beyində qurulması prosesində sait və samitlərin kombinasiyasını təhlil edir. Mütəxəssislərin fikrincə, cihaz danışa bilməyən insanlara kömək edəcək.

AZƏRTAC “Meddaily” saytına istinadla xəbər verir ki, qurğu neyron siqnallarını hesablayır və onları ani olaraq mətnə çevirir. Alimlərin sözlərinə görə, qurğu təkcə bundan əvvəl işlətdiyi sözlərdən deyil, yenilərindən də istifadə edə bilər. İxtira bəzi insanların həyatını yaxşı tərəfə dəyişməyə qadirdir. Lakin alimlər ehtiyat edirlər ki, qurğu bəzi insanlarda gizli fikirləri aşkara çıxaracaq.

Daha əvvəl Virginiya Politexnik Universitetinin əməkdaşları məlumat veriblər ki, süni intellekt insanın cinayətdə təqsirkar olub-olmadığını müəyyən edə bilər. Mütəxəssislər “cinayətkarların fikirlərini” oxumaqdan ötrü süni intellekt kombinasiyası və beynin skanlanmasından istifadə ediblər. Alimlər gələcəkdə bu üsulun məhkəmədə tətbiq ediləcəyinə ümid bəsləyirlər.