04 Aprel 2018 05:04
236
Mədəniyyət
A- A+

Yeni teatr və sənət mərkəzi yaradılıb

Teatrlardan öz üslubu ilə fərqlənən yeni müstəqil teatr və sənət mərkəzi yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Çıxış” adlanan bu teatr tanınmış rejissor İmam Həsənov tərəfindən təsis olunub. Təsisçinin sözlərinə görə, teatrın yaradılmasında başlıca məqsəd cəmiyyətimizdə güzgü rolunu oynamaq, pafoslu aktyor oyunundan uzaq olan ifa nümayiş etdirmək, neorealistik qavramanın teatrda təməlini qoymaqdır.

Rejissor bildirib ki, yeni teatrın daimi truppası olmayacaq. Peşəkar aktyorlara üstünlük verilməklə yanaşı, qeyri-peşəkarların da özlərini sınaqdan keçirməsinə imkan yaradılacaq. Teatr gənc və peşəkar rejissorların təkliflərinə açıqdır. Teatrda, həmçinin film nümayişləri, sərgilər, poeziya axşamları və digər bu kimi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

“Çıxış” teatr və sənət mərkəzi martın 29-da “Tikanlı münasibətlər” tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru İmam Həsənov, rəssamı Şahnaz Ağayevadır. Bu tamaşanın təkrar nümayişi aprelin 7-də olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video