Alternative content

10:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq tibb simpoziumu keçiriləcək
Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq tibb simpoziumu keçiriləcək
ANA SƏHİFƏ / Səhiyyə
05:04 04.04.2018

Aprelin 27-28-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş II Alman-Azərbaycan neyroradioloji simpoziumu keçiriləcək.

Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə serebrovaskulyar xəstəliklərin müasir neyroradioloji diaqnostikasından danışılacaq, ən son müalicə üsulları müzakirə olunacaq. Simpoziumda, eyni zamanda, serebrovaskulyar xəstəliklərin nevroloji aspektdən qiymətləndirilməsinə və müalicəsinə də böyük yer ayrılacaq.

Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan gənc həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutacaq tədbirdə dünyanın bir sıra nüfuzlu universitet və klinikalarının həkim professorlarının çıxışları gözlənilir.