04 Aprel 2018 03:04
232
Mədəniyyət
A- A+

Tvinninq layihəsinə yekun vurulub

Aprelin 4-də Milli İncəsənət Muzeyində “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsinin yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib, nazirliklər, yerli və beynəlxalq təşkilatların iştirakı ilə mədəniyyət sektorunun inkişaf perspektivləri müzakirə olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində yerli mütəxəssislərlə regionlarda, mərkəzi aparatda, muzeylərdə böyük işlər görülüb. Ölkəmizdə mədəni irsin qorunması və ondan istifadə olunması sisteminin təkmilləşdirilməsinə dair tədqiqatlar aparıldığını söyləyən nazir vurğulayıb ki, layihənin məqsədi Avropa təcrübəsindən Azərbaycanda istifadə etməkdir.

İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ölkələr arasında siyasi münasibətlərə də öz töhfəsini verir: “Ekspertlərimiz Azərbaycana daha çox turist cəlb edilməsi istiqamətində müvafiq bilik və bacarıqlarını bölüşüblər. Layihə Azərbaycana mədəni irsdən iqtisadi səmərə əldə etmək imkanı yaradır. İtalyan ekspertlərinin əsas məqsədi burada öz təcrübələrini bölüşmək idi”.

Qeyd edək ki, layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin köməyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində reallaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video