Alternative content

06:06 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
01:04 04.04.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2018-ci il