Alternative content

05:44 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubada tibb kadrlarının çatışmazlığı aradan qaldırılır
Qubada tibb kadrlarının çatışmazlığı aradan qaldırılır
ANA SƏHİFƏ / Səhiyyə
12:04 04.04.2018

 

Respublikamızda təhsil sahəsində atılan uğurlu addımlardan biri də regionlarda müəssisələrin fəaliyyətə başlamasıdır. Bu gün elə bir bölgə yoxdur ki, orada təhsil ocaqları fəaliyyət göstərməsin. Belə müəssisələrdən biri də Quba Tibb Kollecidir.

Dörd il əvvəl fəaliyyətə başlayan kollecdə tibb bacısı və tibb qardaşı ixtisası üzrə orta pilləli kadrlar hazırlanır. Üç mərtəbədən ibarət binada tələbə və müəllimlər üçün müasir tələblərə uyğun əlverişli şərait yaradılıb. Burada 25 sinif otağı, 6 mühafizə, 8 təcrübə, 2 müəllim otağı ilə yanaşı, mühasibatlıq, kompüter, qəbul otağı, idman zalı, soyunub-geyinmə otaqları, mətbəx, konfrans zalları, arxiv və kitabxana, uşaq xəstəlikləri, cərrahi xəstəliklər, daxili xəstəliklər kabinetləri, anatomiya, farmakologiya kabineti, tibb bacısı işi kabineti, xarici dillər kabineti var.

Tədris ocağında tələbələrin mükəmməl təhsil ala bilmələri üçün hər cür şərait yaradılıb. Anatomiya və farmakologiya kabinetləri, insan skeleti, daxili orqanları göstərən mulyajlar, məlumatlandırıcı lövhələr, dərman preparatları, daxili və cərrahi xəstəliklər, uşaq xəstəlikləri və digər kabinetlər lazımi tibbi vəsait və avadanlıqlarla təchiz olunub. Tələbələr burada yalnız nəzəri deyil, həmçinin praktik biliklər də əldə edirlər.

Lakin təəssüf hissi ilə deyə bilərik ki, Quba tibb kolleci səhiyyə sahəsində orta tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə yaradılsa da, problem hələ də yaşanmaqdadır. Belə ki, hər il kollecə tibb bacısı ixtisası üzrə 40 tələbə qəbul olur. Onların  əksəriyyəti qızlardır və məktəbi bitirdikdən sonra çoxu ailə həyatı qurur. Bəziləri digər rayonlara köçür, bəziləri isə ailə vəziyyətləri ilə əlaqədar işləmək istəmirlər. Bu səbəbdən də rayonda kadr çatışmazlığı problemi yaranır.

Gələcəkdə müalicə işi və mamalıq ixtisasları üzrə fakültələrin açılması nəzərdə tutulub. Kollecdə təhsil abituriyentin qəbul imtahanında topladığı bala görə həm ödənişsiz, həm də ödənişli əsaslarladır. Valideyn himayəsindən məhrum olan, yaxud hər iki valideynini itirmiş, məcburi köçkün və şəhid ailələri, valideynləri Qarabağ veteranı olan şəxslər təhsil haqqını ödəməkdən azaddırlar.

Üçillik təhsil müddətində tələbələrə anatomiya, latın dili, rus dili, farmakologiya, ümumi sosial gigiyena, epidemiologiya, fəlsəfə, tarix, yoluxucu, daxili və cərrahi xəstəliklər, diş və uşaq xəstəlikləri, tibbi-sosial reabilitasiya, mamalıq, hərbi-tibbi hazırlıq və s. fənləri üzrə dərslər tədris olunur.

Müəssisədə çalışan müəllimlər  təcrübəli həkimlərdir. Onlardan cərrahi xəstəliklər üzrə rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Gəray Qurbanov, uşaq xəstəlikləri üzrə təcrübəli pediatr Nadir Hacıyev, daxili xəstəliklər üzrə Pərviz Seyidgülov, tibbi-sosial reabilitasiya üzrə Aybəniz Mustafayeva, sinir-ruhi xəstəliklər üzrə qocaman həkim Bəhram Orucov və digərləri tələbələrə öz bilik və bacarıqlarını yüksək səviyyədə öyrədirlər. Rayon mərkəzi xəstəxanası kollecin əsas təcrübə bazasıdır.

Bu gün Quba Tibb Kolleci respublikanın şimal bölgəsinin orta ixtisaslı kadrlarının təminatçısıdır, desək,  səhv etmərik. Belə ki, kollecin məzunlarının çoxu yaxın rayonlarda yaşamaqla insanlara tibbi xidmət göstərirlər.   

 

Akif ƏLİYEV,

“Azərbaycan”