Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

14:02 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:04 03.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Maria Fernanda Espinosa Qarses Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarını Prezident İlham Əliyevə çatdırdı və Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın misli görünməmiş dərəcədə inkişafa nail olduğunu qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə çox mühüm bir mövqeyə malik olmasının önəmini vurğuladı. O qeyd etdi ki, Ekvador Azərbaycan ilə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır. İqtisadi əməkdaşlıqdan danışan Maria Fernanda Espinosa Qarses Ekvadorun da neft ixrac edən ölkə olduğunu vurğulayaraq bir çox sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək, bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.

Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador Prezidentinə çatdırmağı xahiş etdi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM